Həsən Ruhani ayətullahlara qarşı: Kriptovalyutanı dəstəklədi

Dünya
17:55 / 08.06.2021
1841
İran Prezidenti Həsən Ruhani ölkədə kriptovalyuta fəaliyyətinin leqallaşdırılmasına və bu sahəyə investisiya qoyan vətəndaşların kapitalının qorunması üçün lazımi addımların atılmasına çağırıb.
Sfera.az xəbər verir ki, o bu haqda İqtisadi Koordinasiya üzrə Ali Şura paytaxt Tehranda keçirilən toplantısında danışıb.
İran iqtisadiyyatında kriptovalyutalara olan tələb və təklifin də müzakirə olunduğu iclasda Mərkəzi Bankın kriptovalyuta mədənçiliyi və əməliyyatları barədə təqdim etdiyi hesabat qiymətləndirilib.
Toplantıda rəqəmsal pul və kriptovalyuta ilə əlaqəli fəaliyyətlərdə milli mənafelərin qorunması və dəstəklənməsinin vacibliyini vurğulayan Həsən Ruhani bu baxımdan hüquqi və texniki məsələlərdə diqqəti davranmağın vacibliyini vurğulayıb.
İran Prezidenti lazımi qanunlar və təlimatlar hazırlanaraq bu sahədə fəaliyyəti qanuniləşdirməyin vacibliyindən danışıb. O, xalqın kapitalını qorumaq üçün aidiyyəti nazirliklər tərəfindən ən qısa müddətdə həll yollarının tapılmalı olduğunu söyləyib.
Qeyd edək ki, İslam dünyasında nüfuzları ilə seçilən Ayətullah Seyid Əli Sistani, Ayətullah Vahid Xorasani, Ayətullah Safi Gülpayaqani kimi din xadimləri kriptovalyutalardan istifadəni haram hesab ediblər.
Əzizə Zeynal
Sfera.az