Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa verdi

Dünya
20:56 / 07.06.2021
1858
Ermənistan xarici işlər nazirinin bütün müavinləri istefa verib.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, istefa ilə bağlı ərizələr ötən həftə baş nazir dəftərxanasına ötürülüb.
Qeyd edək ki, mayın 27-də xarici işlər naziri Ara Ayvazyanın istefasından sonra ilk istefa ərizəsini müavin Qagik Qalaçyan verdi. Ondan sonra isə Avet Adonts, Artak Apitonyan və Armen Qevondyan istefa verdilər.