Bir stəkan suya 15 min dollar bəxşiş verdi

Dünya
19:59 / 06.06.2021
2631
Dünyaca məşhur erməni əsilli Kim Kardaşyandan boşanan amerikalı repçi Kanye Uest bu dəfə səxavətli olması ilə gündəmə gəlib.
Sfera.az "unikal.org”a istinadən xəbər verir ki, bu barədə Los-Ancelesdəki striptiz klublarının birində barmen işləyən Anessa Rossi TikTok səhifəsində danışıb.
O bildirib ki, Kanye ona 15 min dollar bəxşiş verib:
"Kanye yaxınlaşıb yalnız buzlu su istədi. Onun qarşısında rəqs edən qızlara diqqət yetirmədi və özəl rəqs də sifariş etmədi.
Bunun əvəzinə mənimlə dialoq qurmağa qərar verdi. İnsanın yaranmasından danışdıq, 3-4 saat söhbətləşdik. Daha sonra mənə 15 min dollar (təxminən 25 min 500 manat) verib, onu dinlədiyim üçün təşəkkür edib getdi".