“Ermənistan hələ 1998-ci ildə müharibəni uduzmuşdu...” - Paşinyan

“Ermənistan hələ 1998-ci ildə müharibəni uduzmuşdu...” - Paşinyan
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan yenidən Qarabağ münaqişəsinin tarixinə toxunaraq, separatçı qurumun beynəlxalq səviyyədə tanınması şansının 1998-ci ildə əbədi itirildiyini qeyd edib.

Sfera.az xəbər verir ki, bu barədə Paşinyan bu gün vətəndaşlarla görüşündə danışıb.

"1996-cı ildə ATƏT-in Lissabon zirvəsi keçirildi və burada Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin lazım olduğu qeyd edilən layihə dövriyyəyə buraxıldı. Ermənistan veto hüququndan istifadə etdi və sənəd qəbul olunmadı. Bu layihə ATƏT rəhbərinin bəyanatına çevrildi. Bununla belə, Qarabağ danışıqlarda tam hüquqlu müstəqil tərəf kimi iştirak etməyə davam edirdi. 1997-ci ildə Robert Koçaryan Ermənistanın baş naziri, 1998-ci ildə prezident oldu. Baş verən ilk şey Dağlıq Qarabağın danışıqlar prosesini tərk etməsidir.

Bu, Qarabağ məsələsinin danışıqlar prosesi üçün qoyulmuş ən böyük minadır. Son üçtərəfli görüş 1997-ci ilin aprelində Moskvada keçirildi. Əslində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi paytaxtında Dağlıq Qarabağ təmsilçisinin də olduğu nümayəndə heyətini qəbul edir. Bu, Qarabağın beynəlxalq səviyyədə tanınması ehtimalının təməl daşı idi. Koçaryan seçildikdən sonra belə görüş olmadı”, - deyən Paşinyan Ermənistanın hələ 1998-ci ildə müharibəni uduzduğunu söyləyib.


OXŞAR XƏBƏRLƏR

Pərvin Abıyeva şıdırğı rəqsi ilə diqqət çəkdi - VİDEO

Aktrisa Pərvin Abıyevanın görüntüsü marağa səbəb olub.   Sfera.az xəbər verir ki, paxtaxt məkanlarının birinə rəfiqələri ilə istirahətə yollanan...

Küləkli hava bu tarixədək davam edəcək

İulun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.   Milli Hidrometeorologiya Xi...

Azərbaycanın qızıl bazarında vəziyyət necədir?

Azərbaycanda məhərrəmlik ayı başlayıb. Bu ayda toy mərasimləri olmadığı üçün qızıl zinət əşyalarına maraq olmadığı üçün bu zinət bazarına da təsirsiz ötüşmür. ...

Azərbaycanın mədəniyyətə ağır itki: Tanınmış bəstəkar vəfat etdi- FOTO

Tanınmış bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlu vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun ya...

Bu gün imtahan var

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.   Sfera.az xəbər verir...

Elçin Əmirbəyov sülh sazişinin imzalanmasına mane olan amillərdən DANIŞDI - FOTO

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb.   Sfera.az xəbər ...