Türkiyədə koronavirusdan ölənlərin sayı 48 mini keçdi

Dünya
23:00 / 05.06.2021
2560
Türkiyədə son sutka ərzində 92 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 6126 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 282 min 594, pandemiya qurbanlarının sayı isə 48 min 68 nəfərə çatıb.
Türkiyədə indiyədək 5 milyon 154 min 771 pasiyent (son sutkada 7161 nəfər) sağalaraq evə buraxılıb.