Trampın hesabları bu tarixədək bağlı olacaq

Dünya
11:33 / 05.06.2021
2290
ABŞ-ın sabiq Prezidenti Donald Trampın feysbuk və instagram hesabları 2023-cü ilə qədər açılmayacaq.
Sfera.az xəbər verir ki, bu barədə feysbuk platforması məlumat verib. Şirkətin saytındakı paylaşıma əsasən, Tramp yalnız "ictimai təhlükəsizlik riski” azaldığı təqdirdə 7 yanvar 2023-cü ildən sonra sosial media hesablarına qayıda biləcək.
Şirkət Trampın hesablarının həmin tarixə qədər ictimai təhlükəsizlik üçün risk olub-olmadığını yenidən nəzərdən keçirəcəyini qeyd edib.