Türkiyənin rus mütəxəssisləri geri göndərdiyi ilə bağlı xəbərlərə Peskovdan REAKSİYA

Türkiyənin rus mütəxəssisləri geri göndərdiyi ilə bağlı xəbərlərə Peskovdan REAKSİYA
Kremlin Mətbuat katibi Dmitri Peskov, Türkiyədəki S-400 mütəxəssislərinin əvvəlcədən planlaşdırılan qrafikə uyğun olaraq göndərildiyini açıqlayıb.
 
Sfera.az xəbər verir ki, Peskov "mütəxəssislər göndərildi" kimi ifadələrin yer aldığı xəbərlərin doğru olmadığını qeyd edib.

"Türkiyədəki bütün mütəxəssislərimiz türklərin kadr hazırlığı və işlərin təhvil verilməsi üçün nəzərdə tutulan vəzifələrini başa vurduqları üçün planlı şəkildə evlərinə qayıdırlar. Geri qayıtma planlandığı kimi reallaşır. Mütəxəssislərimiz hansısa ölkə tərəfindən geri göndərilmir", - deyə Kreml sözçüsü qeyd edib.

Peskov ABŞ-ın rus mütəxəssislərin evlərinə qayıtmasında rolu olub-olmadığı barədə suala isə belə cavab verib:

"Amerikalıların burada heç bir təsiri yoxdur. Yaxşı bilirsiniz ki, amerikalılar türklərə (S-400 sisteminə) çox təzyiq göstərirlər, amma türk tərəfi tutarlı mövqeyini qoruyur".

Əzizə Zeynal
Sfera.az 



OXŞAR XƏBƏRLƏR