Tehranda neft emalı zavodunda güclü yanğın baş verib – VİDEO

Tehranda neft emalı zavodunda güclü yanğın baş verib – VİDEO
Tehranda yerləşən neft emalı zavodunda güclü yanğın baş verib.

Bu barədə "Tasnim” agentliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə müəssisənin qəza vəziyyətində olan boru xətlərindən birində qeydə alınıb.

Yanğının baş verdiyi əraziyə çoxlu sayda yanğınsöndürmə və təcili yardım dəstələri cəlb olunub.

İnsident nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.
 

OXŞAR XƏBƏRLƏR