Qırğızıstanın keçmiş Baş naziri də həbs edildi

Qırğızıstanın keçmiş Baş naziri də həbs edildi
Qırğızıstanın keçmiş Baş naziri Omurbek Babanov da həbs edilib.

Sfera.az xəbər verir ki, "Kumtor” qızıl mədəninin işlənməsi layihəsinin həyata keçirilməsində korrupsiya əməllərinə yol verməkdə şübhəli bilinir. Babanov haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib. O, mayın 31-də xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Omurbek Babanov Almazbek Atambayevin prezidentliyi dövründə Baş nazir vəzifəsini icra edib və 2017-ci ilin prezident seçkilərində Sooronbay Jeenbekovun əsas rəqibi olub.

Xatırladaq ki, ötən gün Qırğızıstanın sabiq prezidenti Sooronbay Jeenbekovun qardaşı, parlamentin keçmiş spikeri Asılbek Jeenbekov da korrupsiya ittihamı ilə həbs edilib

OXŞAR XƏBƏRLƏR