Bayden homoseksuallara səsləndi: “Prezident sizi dəstəkləyir!”

Bayden homoseksuallara səsləndi: “Prezident sizi dəstəkləyir!”
ABŞ Prezidenti Co Bayden federal qurumlara etdiyi 1500 təyinatın 14%-nin homoseksuallardan ibarət olduğunu açıqlayıb.
 
Sfera.az xəbər verir ki, ABŞ Konqresinə səslənən Co Bayden LGBT fərdlərini bir çox sahə üzrə ayrıseçkilikdən qorumağı hədəfləyən "Bərabərlik Qanunu”nu qəbul etməyə çağırıb.

İyun ayını "Qürur ayı" olaraq tanıyan Co Bayden, eyni zamanda amerikalı homoseksuallar üçün tam bərabərlik əldə olunana və onların hüquqları qanunla təmin olunanadək dayanmayacağını bildirib.

Çıxışında homoseksuallara səslənərək, "Prezidentiniz arxanızdadır, sizi dəstəkləyir!", - deyə söyləyən ABŞ Prezidenti ölkəsində zorakılığa və cinsi istismara məruz qalan transseksualların, eləcə də LGBT gənclərinin sayının artdığını diqqətə çatdırıb.

Qeyd edək ki, Co Baydenin Nəqliyyat naziri olaraq təyin etdiyi Pete Buttiqiq Nazirlər Kabinetində vəzifəsini icra edən və açıq şəkildə bilinən ilk homoseksual nazirdir.

Səhiyyə nazirinin müavini Reyçıl Levin də Senat tərəfindən təsdiqlənən ilk transseksual şəxsdir.

Co Bayden fəaliyyətə başladığı ilk gündən etibarən federal qurumları cinsiyyət ayrıseçkiliyini qadağan edən federal qanunlar çərçivəsində LGBT fərdlərinin hüquqlarını qorumağa məcbur edən əmri imzalamışdı.

Əzizə 
Sfera.az 



OXŞAR XƏBƏRLƏR