ÜST “Sinovac” peyvəndi ilə bağlı QƏRAR VERDİ

ÜST “Sinovac” peyvəndi ilə bağlı QƏRAR VERDİ
Ümumdünya Səhiyyə Təşkilatı Çinin "Sinovac” şirkətinin istehsalı olan "CoronaVac” vaksininə təcili istifadə icazəsi verib.

Sfera.az xəbər verir ki, ÜST-ün yaydığı açıqlamada peyvəndin 18 yaşdan yuxarı şəxslərdə ilk doz və ikinci doz arasında 4-8 həftə olmaqla istifadəsi tövsiyə edilib.

Bildirilib ki, vaksin yuxarı yaşlarda daha təsirlidir, ona görə "Sinovac” peyvəndində yaş baxımından limitə ehtiyac yoxdur.

ÜST-ün təsdiqi ilə "Sinovac”ın COVAX vasitəsilə yoxsul ölkələrə paylanılmasının qarşısındakı əngəl qalxmış olub.

OXŞAR XƏBƏRLƏR