Sarkisyan Ayvazyanı vəzifəsindən azad etdi

Dünya
21:50 / 31.05.2021
2921
Ermənistan Prezidenti Armen Sarkisyan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanın vəzifəsindən azad edilməsi ilə bağlı fərman verib.
Sfera.az "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
Xatırladaq ki, Ara Ayvazyan mayın 27-də istefa verdiyini açıqlamışdı. Onun ardınca isə müavini Qaqik Qalatsyan, mətbuat katibi Anna Naqdalyan da istefaya gedib.