Çindən Co Baydenə cavab: “COVİD-19-u siyasiləşdirməyin...”

16:23 / 31.05.2021
1964
"COVID-19-un mənşəyini kəşfiyyat orqanları
deyil, elm adamları aydınlaşdırmalıdır”.
Sfera.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin
sözçüsü Van Venbin bildirib.
Bir müddət əvvəl ABŞ Prezidenti Co Bayden Administrasiyası bildirmişdi ki, virusun laboratoriyada baş verən qəza səbəbi
ilə yayılma versiyasını istisna etmir. Amerika lideri bu fərziyyəni araşdırmaq
üçün kəşfiyyat xidmətinə 90 gün vaxt verib.
Son zamanlar Qərb ölkələri koronavirusun
laboratoriya mənşəli olması ilə bağlı tez-tez
bəyanatlar verir. Co Bayden Administrasiyasının hazırladığı relizdə də COVID-19-un
təcrübələr zamanı baş verən qəza səbəbi ilə yayılma versiyasının istisna edilmədiyi
bildirilir. Prezidentin özü bu fərziyyəni
öyrənmək üçün ABŞ kəşfiyyatına 90 gün vaxt verib.
"Müqavimət göstərmək, ayrı-ayrı ölkələrin
istəyinə görə hərəkət etmək əvəzinə, birgə işləyib əməkdaşlıq etmək lazımdır.
Çin tərəfi əməkdaşlıq etməyə hazırdır, biz virusun mənşəyini öyrənmək üçün iki
dəfə ÜST ekspertlərini Çinə dəvət etmişik. Digər ölkələri də Çindən nümunə
götürməyə dəvət edirik ",-deyə Van Venbin
brifinqdə söyləyib.
Venbin qeyd edib ki, virusun meydana çıxması
elmi məsələdir, bunu siyasiləşdirməyə dəyməz. Diplomat pandemiya səbəbindən
Çinin damğalanmasına, məsuliyyəti ayrı-ayrı ölkələrin üzərinə yıxmaq cəhdlərinə,
həmçinin virusun mənşəyini öyrənən Dünya Səhiyyə Təşkilatı mütəxəssislərinin ittihamlara
məruz qalmasına görə təəssüfləndiyini
dilə gətirib.
Selcan