Lüt şəkildə onlayn konfransa qatılan siyasətçi yenə biabır oldu - Bu dəfə iclasın ortasında idrara çıxdı

11:26 / 31.05.2021
2149
Daha əvvəl səhvən çılpaq şəkildə onlayn video konfransa qoşulan kanadalı siyasətçi yenidən gündəmə gəlib.
Sfera.az bildirir ki, Kvebek əyalətinin liberal deputatı Villiam Amos bu dəfə iclasda idrara çıxıb.
Lakin əvvəlki hadisədən fərqli olaraq, Amosun bu kadrları mətbuata verilməyib. Buna baxmayaraq, yeni görüntüləri müzakirə obyekti olan siyasətçi üzr istəyib. "Mən hərəkətlərimdən və bunlara şahid olanlara verdiyim narahatlıqdan dolayı çox xəcalət çəkirəm. Bu hadisə səhvən olsa da, qəbuledilməzdir” -, deyə siyasətçi qeyd edib.
Xatırladaq ki, 46 yaşlı Villiam Amos bundan öncəki konfransda Kvebek və Kanada bayraqları arasındakı bir masanın yanında çılpaq vəziyyətdə dayanmışdı.
Türkan
Sfera.az