İbrahim Kalın Venda Şermanla Qarabağ məsələsini müzakirə etdi

İbrahim Kalın Venda Şermanla Qarabağ məsələsini müzakirə etdi
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın Ankarada səfərdə olan ABŞ dövlət katibinin müavini Vendi Şermanla görüşüb.

Sfera.az  xəbər verir ki, görüşdə NATO-nun iyun ayında Brüsseldə keçiriləcək zirvə toplantısının gündəliyi və bu tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında baş tutacaq görüşdə müzakirə olunacaq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

İ.Kalın və V.Şerman eyni zamanda, Əfqanıstan, Suriya, Liviya, Qarabağ və Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Tərəflər adıçəkilən bölgələrdə sülh və sabitliyin təmin olunması üçün birlikdə fəaliyyətin davam etdirilməsinin vacibliyi barədə razılığa gəliblər.

Qeyd olunub ki, Türkiyə-ABŞ münasibətərinin qarşılıqlı güvən və aktiv əməkdaşlığa əsaslanan əlaqələr çərçivəsində nəzərdən keçirilməsi vacibdir.

NATO-da iki önəmli müttəfiq olan Türkiyə və ABŞ-ın əməkdaşlığının alyansı gücləndirdiyi və yeni sınaqlar qarşısında beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyi vurğulanıb.

Görüşdə eyni zamanda, terrorçuluqla mübarizə məsələsi də müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...