ABŞ əsgərləri səhvən nüvə silahının olduğu yeri paylaşıb - FOTO

ABŞ əsgərləri səhvən nüvə silahının olduğu yeri paylaşıb - FOTO
Nüvə silahlarına sahib olan Avropa bazalarında xidmət edən ABŞ əsgərləri internet istifadəçilərinə gizli məlumatları sızdırıblar.

Sfera.az xəbər verir ki, sözügedən gizli məlumatlar nüvə silahlarına sahib bazaların yerləşdiyi yerləri, yalnız hərbi üzvlər tərəfindən bilinməsi lazım olan gizli kodları və sözləri əhatə edir. Məxfi məlumatlar Amerika əsgərlərinin nüvə silahları haqqında məlumatları əzbərləmək üçün istifadə etdikləri Chegg, Quizlet və Cram kimi tanınan tətbiqetmələr vasitəsilə aşkar edilib.

ABŞ əsgərlərinin bu tətbiqetmələrdən istifadə olunan məlumat kartlarında bazadakı hansı anbarların nüvə silahına sahib olduğu və hansının boş olduğu barədə məlumatları xatırlamaq üçün istifadə etdikləri bildirilib.

Əsgərlər məlumat kartlarında qısaltmalardan istifadə etsələr də, burada tapılan məlunatları "Google" axtarışları ilə daha əhatəli hala gətirməyin mümkün olduğu qeyd edilir.

Məsələn, Google axtarışları nəticəsində ortaya çıxan fotolardan birində amerikalı əsgərlərin Hollandiyadakı Volkel hava bazasında çəkdirdikləri fotoşəkil aydın görünür. 2013-cü ildə "Facebook"a yüklənən fotoşəkildə nüvə başlığı yer alır.

Mövzu ilə əlaqədar açıqlama verən Hollandiya Müdafiə Nazirliyi, şəkildəki nüvə cihazının istifadədən çıxdığını qeyd edərək, sözügedən fotonun yayımlanmasına icazə verilməməsi lazım olduğunu bildirib. Nazirlik ümumiyyətlə, belə şəkillərin çəkilməsinin düzgün olmadığını qeyd edib.

ABŞ Hava Qüvvələrinin sözçüsü isə məlumat kartı tətbiqetmələrinin əsgərlər tərəfindən istifadə edildiyini təsdiqləyib və bu platformalarda yayımlanan məlumatları araşdırdıqlarını söyləyib.

Qeyd edək ki, Amerikanın nüvə silahlarının Avropada mövcudluğu barədə məlumat əvvəllər sızsa da, onların dəqiq yerləri hələ də gizli saxlanılır. Avropa hökumətləri isə ABŞ-ın ölkələrindəki nüvə varlığını nə təsdiqləyir, nə də inkar edir.


Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...