Türkiyə NATO-nun Belarusu "cəzalandırması"na niyə mane oldu? - ŞƏRH

Türkiyə NATO-nun Belarusu
"Türkiyə NATO-nun Ryanairlə bağlı hadisəyə görə, Belarusa qarşı ciddi tədbirlər görməsinə mane oldu. Onun etirazı alyans üzvləri tərəfindən eşidildi və sanksiyalar tətbiq edilmədi”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O bildirib ki, Ankaranın bu addımını Moskva ilə münasibətlərin saxlanılması və rus turistlərinin yayda yenidən qəbul etmək istəyi ilə əlaqələndirsələr də, bu jesti təkcə iqtisadi maraqlar çərçivəsində izah etmək sadəlövhlükdür:

"Türkiyənin NATO-dakı Belarusun müdafiəsinə yönəlmiş bu addımı Rusiyanın rəsmi strukturları tərəfindən hələ qiymətləndirilməyib. Lakin Moskva tərəfindən Türkiyənin bu xidmətini yetərincə dəyərləndirəcəyinə heç kimdə şübhə yoxdur. Çünki Avropa Birliyi və Amerika tərəfindən Minskə tətbiq olunan istənilən sanksiyanın əvəzini Moskva Belarusa təqdim etdiyi yardımlar hesabına ödəmək məcburiyyətindədir. Türkiyənin Belarusa vurulan sanksiya zərbəsinin yumşaldılmasında Moskvanın yanında olması, həqiqətən təqdirəlayiq və əvəzi ödəniləcək hal kimi qiymətləndirilməlidir.

Türkiyə bu addımı ilə təkcə mövcud iqtisadi münasibətləri qoruyub saxlamağı deyil, eyni zamanda daha intensiv münasibətlər qurmağı hədəfləyir. Sanksiyalar nəticəsində Rusiya və Belarusa Avropa Birliyi ölkələri və Amerika Birləşmiş Ştatları tərəfindən qadağan olunan malların Türkiyə tərəfindən təchiz olunması bu ölkənin iqtisadiyyatının daha da inkişaf etdirilməsi ilə nəticələnəcəyi heç kimdə şübhə doğurmur”.

Politoloqun sözlərinə görə, Avropa Birliyi, o cümlədən ABŞ-da Rusiya və Belarusa tətbiq olunan sanksiyaların digər fəsadları ilə yanaşı, əhalidə bu sanksiyaları tətbiq edənlərə qarşı nifrət hissinin də artacağını nəzərə almamış deyillər:

"Bu isə sanksiya tətbiq edənlər üçün arzuolunan hadisə deyil. Onlar həmişə öz planlarını həyata keçirmək üçün xalq kütlələrinin gücündən istifadə etməyi əsas götürürlər, buna görə də Türkiyənin Rusiya və Belarusa sanksiyaların təsirlərini azaltmaqda kömək etməsinə ciddi şəkildə qarşı çıxmayacaqlar ki, sonradan Türkiyəni kömək etməyə onların icazə verdiyini deyə bilsinlər.Türkiyənin Belarusla bağlı addımı eyni zamanda siyasi dividend kimi qiymətləndirilməlidir. Bununla Türkiyə NATO üzvləri olan Avropa ölkələri arasında nüfuzunu artırmağa nail oldu.

Bu, Türkiyənin NATO-nun qərarlarına qarşı veto hüququnda istifadə etmək fikrində olduğu birinci hadisə deyil. 2019-cu il alyansın sammitində Türkiyə təhlükəsizliyinin tam təmin edilmədiyini əsas gətirərək, az qala ümumi bəyannamənin qəbul edilməsinin qarşısını alacaqdı. Bu görüşdə Türkiyə birmənalı olaraq milli maraqlarının tanınması və təhlükəsizliyinin qorunmasını tələb etmişdi və buna nail olmuşdu. Belarusla bağlı hadisə isə Türkiyənin NATO daxilində ciddi oyunçu olduğunu bir daha sübut etdi. Bundan sonra Fransa, Almaniya, İtaliya kimi ölkələr NATO çərçivəsində ciddi qərarlar qəbul etdiyi zaman ilk dəfə Türkiyənin münasibətini öyrənməyə cəhd edəcəklər”.

Günay Rəsulqızı
Sfera.az
Aa

 

OXŞAR XƏBƏRLƏR

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...