ABŞ-dan daha bir ölkəyə yeni SANKSİYA

ABŞ-dan daha bir ölkəyə yeni SANKSİYA
"Ryanair" sərnişin təyyarəsinin ötən həftə Minsk şəhərinə təcili eniş etməsi ilə bağlı hadisəyə görə Belarusa qarşı geniş sanksiyalar tətbiq edəcək.

Sfera.az xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Jen Psaki məlumat verib.

O bildirib ki, Belarusun iki Avropa İttifaqı ölkəsi arasında uçan sərnişin təyyarəsini zorla yerə endirməsi və belaruslu jurnalist Roman Protaseviçi tutması beynəlxalq normalara birbaşa təhqirdir.

J. Psaki əvvəllər sanksiyalardan azad olan 9 Belarus dövlət şirkətinin iyunun 3-də yenidən sanksiya siyahısına salınacağını qeyd edib.

ABŞ rəsmisi Avropadakı müttəfiq ölkələrlə birlikdə Minskə qarşı hərtərəfli sanksiyalara hazırlıqlarının davam etdiyini açıqlayıb.

Xatırladaq ki Yunanıstandan Litvaya uçuş edən "Ryanair" sərnişin təyyarəsi Belarus səmasında olarkən bomba şübhəsi səbəbilə yerə endirilmiş, təyyarədəki müxalif jurnalist, "Nexta" teleqram qrupunun yaradıcısı Roman Protaseviç saxlanılmışdı.


Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...