Vaksin vurduranlara pul veriləcək - 4 iyundan...

Vaksin vurduranlara pul veriləcək - 4 iyundan...
ABŞ-ın Kaliforniya ştatında əhalini koronavirus əleyhinə vaksin vurdurmağa təşviq etmək üçün ümumilikdə 116,5 milyon dollar mükafat veriləcəyi açıqlanıb.

Sfera.az xəbər verir ki, bu günə qədər 20 milyondan çox insanın peyvənd olunduğu ştatda vaksinasiyanı sürətləndirmək üçün mer Qavin Nevsom 4 iyundan etibarən pul mükafatları verəcəklərini bildirib.

Q.Nevsom kampaniya çərçivəsində 10 nəfərə 1,5 milyon dollar, 30 nəfər 50 min dollar və 2 milyon şəxsə isə 50 dollarlıq hədiyyə kuponu təqdim edəcəklərini qeyd edib.

Sərt tədbirlərin minimuma endiriləcəyi iyun ayının ortalarına qədər əhalinin 70 faizinin vaksinasiyasını hədəfləyən mer peyvəndləməni sürətləndirmək üçün ABŞ-ın digər ştatlarından daha çox vəsait ayrıldığını vurğulayıb.

Qeyd edək ki, ABŞ-da Ohayo və Nyu York ştatlarında da vaksinasiyanı sürətləndirmək üçün müxtəlif mükafatlar verilir. (publika.az)



OXŞAR XƏBƏRLƏR

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...