Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Dünya
21:06 / 28.05.2021
2151
Gürcüstanın paytaxtı Tbilisinin teleqülləsi və şəhər şurasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqandırılıb.
Sfera.az xəbər verir ki, şəhərin əsas simvollarından biri 28 May - Azərbaycanın Respublika Günü münasibətilə göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.
Azərbaycan bayrağı işıqlarla Azadlıq meydanında yerləşən Tbilisi Şəhər Şurasının (sakrebulo) binası üzərində də əks etdirilib.