Ərdoğan: “İyunda ölkə üzrə normallaşmanı təmin etməyi hədəfləyirik”

Ərdoğan: “İyunda ölkə üzrə normallaşmanı təmin etməyi hədəfləyirik”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ şirkətləri idarəçilərinin iştirakı ilə keçirilən onlayn görüşə qatılıb.

Sfera.az-ın məlumatına görə, dövlət başçısı bir sıra maraqlı açıqlamalar verib.

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərindən danışan R.T.Ərdoğan bəyan edib ki, Türkiyə hökuməti iyun ayında ölkə üzrə normallaşmanı təmin etməyi hədəfləyir.  

"Vaksinasiya prosesində 29 milyon doza səviyyəsinə yaxınlaşmışıq. Xüsusən də iyun ayında intensiv bir peyvənd kampaniyası keçirərək ölkəmizdə normallaşmanı təmin etməyi hədəfləyirik”, - deyə prezident bildirib.

R.T.Ərdoğan pandemiyaya rəğmən Türkiyə iqtisadiyyatında əldə olunan uğurlardan da bəhs edib.

"Böyük 20-lik ölkələri arasında Çindən sonra 1.8 faizlik yüksəlişlə iqtisadi böyüməni təmin edən ikinci ölkə olduq. Ənənəvi bazarlarımızdakı ciddi kiçilməyə baxmayaraq, ixracatda 170 milyard dollarlıq bir rəqəmə çatdıq”, - deyə dövlət başçısı qeyd edib.

OXŞAR XƏBƏRLƏR

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...

"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.   Sfera.az xəbər verir k...

Bu BÜRCLƏRİN əlinə tezliklə çoxlu pul gələcək

Bürcün bəzi əlamətləri yaxın gələcəkdə maliyyə vəziyyətində əhəmiyyətli yaxşılaşma gözləyə bilər.    Sfera.az-ın məlumatına görə, bəziləri üçün ...