Bakının yeni zooparkında hansı yeniliklər olacaq? - FOTO

Bakının yeni zooparkında hansı yeniliklər olacaq? - FOTO
Hazırda yenidən qurulan Zooloji Parkda tunel akvarium da olacaq.

Sfera.az xəbər verir ki, bunu Trend-ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib.

Onun sözlərinə görə, insanlar akvaterrariumda tuneldən keçərək başlarının üzərindən balıqların üzməsini seyr edə biləcəklər:

"Hazırkı Zooloji Park əvvəlkindən hər şeydən öncə daha geniş ərazisi ilə fərqlənir. Həm qonaqlar üçün gəzinti məkanı böyükdür, həm də heyvanların saxlanacağı yerlər daha genişdir. Burada gəzinti üçün çox maraqlı trayektoriyalar seçilib. Bunun sayəsində insanlar heyvanları müxtəlif bucaqdan görə biləcək. Əlavə olaraq uşaqların zooloji həyatı daha yaxşı tanıması üçün məkan olacaq, onlar orada qısametrajlı filmlər seyr edəcək, viktorinalar olacaq”.

A.Hüseynov heyvanat parkında əlillər üçün də müxtəlif şəraitin yaradılması ilə bağlı danışıb:

"Əlil uşaqlar üçün də Zooparkda girişdən başlayaraq parkda gəzintiyə kimi şərait yaradılıb".

Parkın daxilində baytarlıq mərkəzinin yaradılması da nəzərdə tutulur.

Həmçinin ponidə gəzinti üçün xüsusi məkan, yeni sanitar qovşaqlar, uşaqların kiçik və təhlükəsiz heyvanlarla birbaşa təmasının yaradılması da planlaşdırılır.
Xatırladaq ki, 2019-cu ildən fəaliyyəti müvəqqəti dayandırılan Bakı zooparkında yenidənqurma və genişləndirmə işləri aparılır. Parkın əvvəlki ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra 4.25 ha olacaq. Hazırda heyvanlar müvəqqəti olaraq Qaradağ rayonuna köçürülüb.

OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov: "Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib"

Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib.   Sfera.az-ın məlumatına görə, bun...

Yaxınları Rusiyada öldürülən azərbaycanlı: "Orada başqaları da..."

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.   Sfera.a...

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...