Yeddi yaşlı uşağın qaynar qaşıqla dağlanması - Psixoloq Bərdədəki olayı şərh edir

Yeddi yaşlı uşağın qaynar qaşıqla dağlanması - Psixoloq Bərdədəki olayı şərh edir
"Cəmiyyət olaraq istər psixoloji, istərsə də fiziki şiddətə qarşıyıq. Amma təəssüf ki, bu gün bəzi valideynlər şiddəti adi hal hesab edirlər”.

Bunu Sfera.az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı ötən gün Bərdə rayonunda 7 yaşlı oğluna şiddət göstərən, onun əllərini yandıran ana ilə bağlı danışarkən bildirib. O, şiddətin hansı hallarda yarana biləcəyindən söz açıb:

"Bu cür halları "mən döyülmüşəm, nolub ki” deyib müqayisə edənlər də var. Valideyndə özgüvənsizlik olanda, fikrini izah edə bilməyəndə, qarşı tərəfə aqressiya göstərəndə şiddət yaranır. Ümumiyyətlə şəxsiyyət olaraq,  hər birimiz daxilimizdə olan hisləri hərəkətlərimiz və bədən dilimizlə göstəririk, bunu münasibətlərimizə yansıdırıq. Daxili aqressiyadan əziyyət çəkən insanlar adətən övladlarına, o cümlədən ətrafındakı insanlara qəzəbli olurlar. Hələ söhbət övladdan – özündən zəif, heç kim tərəfindən mühakimə olunmayacaq bir insandan gedirsə, ona aqressiyaları daha çox olur.
 
Davranışlarına görə hər bir insan məsuliyyət daşımalıdır. Uşağın hər bir hərəkəti valideynin məsuliyyətidir və onun cavabdehliyindədir. Biz adi ağacı belə yetişdirəndə vaxtlı-vaxtında qulluğunu edirik. İnsan böyütmək görün nə deməkdir. Bu baxımdan hər kəs dünyaya övlad gətirməmişdən əvvəl, buna hazır olub olmadığını dərk etməlidir”.

Müsahibimiz qeyd edib ki, uşaqlar yanlış addım atan zaman bu, düzəldilməlidir, lakin cəza metodlarında diqqətli olmaq lazımdır:

"Psixoloji və fiziki şiddəti qırağa qoyaq. Hər bir uşağın, o cümlədən ailənin individual psixologiyası və yanaşma tərzi var. Bərdədəki sözügedən ailənin də cəza metodları onun yanaşmasını ortaya qoyur. Deməli, ailədaxili aqressiya var ki, uşağa da şiddət göstərilir. Başa düşmürlər ki, həmin uşaqda hansı psixoloji problemlər yarada bilərlər və gələcəyin hansı formalaşmış şəxsiyyətini cəmiyyətə verə bilərlər. Uşaqlara yanaşma individual olmalıdır. Əgər valideynlər bu işin öhdəsindən gəlməyi, uşağın hər hansı yanlış hərəkətini korreksiya etməyi bacarmırlarsa, mütəxəssislərə müraciət edə bilərlər ki, yollarını izah etsinlər, yönləndirsinlər. Ortada şiddət varsa, deməli valideyndə hər hansı psixoloji problem var. Öz canından, qanından olan insana necə ağrı-acı vermək mümkündür? Demək, içindəki travma o qədər yüksəkdir ki, özünü itirməyə gətirib çıxarır. Özünü tərbiyə etməsən, bu, gələcəkdə övladında, həmçinin özündə də problemlərə səbəb olacaq. İnsan özünütərbiyədən başlamalıdır”.

Qeyd edək ki, ötən gün Bərdədə Raya Həsənova adlı şəxs 7 yaşlı oğlunun qollarına qızdırılmış qaşıq basıb. Azyaşlı bildirib ki, anası bu hərəkəti onu cəzalandırmaq üçün edib. Həmçinin 7 yaşlı uşaq anasının qeyri-rəsmi yaşadığı və məsələdə adı hallanan Mahmud Mehralıyev tərəfindən də dəfələrlə zorakılığa məruz qaldığını deyib.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Yaxınları Rusiyada öldürülən azərbaycanlı: "Orada başqaları da..."

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.   Sfera.a...

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...