Operativ Qərargahın bu qadağasının aradan qaldırıldığı TƏSDİQLƏNDİ

Operativ Qərargahın bu qadağasının aradan qaldırıldığı TƏSDİQLƏNDİ
Qurum rəsmisi qadağanın aradan qaldırılmasını təsdiqləyib.


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ötən ildən bəri ölkəmizdə bir sıra fəaliyyət növləri ilə yanaşı əyləncə məkanları ilə bağlı da qadağalar qoyulmuşdu.


Bu qadağalardan biri də bulvar ərazisində istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının fəaliyyəti ilə bağlı idi. Sonradan Dənizkənarı Milli Parkın ərazisinə girişə qoyulan məhdudiyyət aradan qaldırılsa da, gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğularının fəaliyyəti ilə bağlı qadağalar qalmaqda idi.


Dənizkənarı Bulvar İdarəsində İdarə Heyətinin sədrinin müşaviri Könül İmamverdiyeva "Ölkə.az”a açıqlamasında bildirib ki, artıq gəzinti gəmilərinə qoyulan məhdudiyyət aradan qaldırıb. O, havaların isinməsi ilə əlaqədar olaraq bulvarda gəzinti gəmilərinin fəaliyyətini bərpa etdiyini söyləyib:


"Artıq mayın ortasından gəzinti gəmiləri gəmiləri fəaliyyətə başlayıb. Sosial məsafəni qorumaq şərti ilə gəmi səfərlərinə icazə verilir. Yəni gəmi Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə uyğun olaraq istifadəyə verilib. Hava yaxşı olan günlərdə gəmilər gəzintiyə çıxsa da, küləkli havalarda səfərlər olmur. 


K.İmamverdiyeva bulvar ərazisindəki attraksionların fəaliyyətini nə vaxt bərpa edəcəyi ilə bağlı hələlik dəqiq məlumat olmadığını söyləyib:


"Gəmilərdə sosial məsafəni gözləmək olur. Amma uşaqların istifadə etdiyi attraksionlarda bu qaydalara riayət etmək mümkün deyil. Attraksionlarla bağlı Operativ Qərargah nə qərar verəcəksə, o zaman istifadəyə verəcəyik.  Hələlik bulvada atrraksionların istifadəsinə icazə verilmir” – K.İmamverdiyeva "Ölkə.az”a açıqlamasında deyib.


Qeyd edək ki, gəzinti gəmilərinin fəaliyyəti bir müddətdir müşahidə olunsa da, bu barədə rəsmi açıqlama verilməmişdi.

OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov: "Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib"

Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib.   Sfera.az-ın məlumatına görə, bun...

Yaxınları Rusiyada öldürülən azərbaycanlı: "Orada başqaları da..."

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.   Sfera.a...

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...