Rusiyanın bu şəhərindən Bakıya ilk uçuş gerçəkləşdi

Rusiyanın bu şəhərindən Bakıya ilk uçuş gerçəkləşdi
Rusiyanın "NordStar” aviaşirkəti Norilsk-Ufa-Bakı və əks istiqamətdə müntəzəm uçuşları bərpa edib.

Sfera.az aviaşirkətin saytına istinadən xəbər verir ki, Norilskdən ilk aviareys mayın 21-də Ufa və Bakıya tam dolu gedib. Aviareyslər həftədə bir dəfə, cümə günü həyata keçirilir. Təyyarə yerli vaxtla Norilskdən 11:15-də qalxacaq, 12:50-də Ufa hava limanına çatacaq. Təyyarə Azərbaycana yerli vaxtla 17:10-da çatır.

Əks istiqamətdə isə Bakıdan təyyarə cümə günü yerli vaxtla 18:50-də qalxır, Ufaya 22:35-də çatır, Ufadan isə şənbə günü gecə 01:50-də qalxır və 07:15-də Norilskə çatır. Aviareys "Boeing 737-800” təyyarəsi ilə həyata keçirilir.

Xatırladaq ki, Azərbaycana uçuşa yalnız Azərbaycan vətəndaşlarına, diplomatik nümayəndəliklərin əməkdaşlarına və ailə üzvlərinə, Azərbaycan vətəndaşlarının ailə üzvü olan xarici vətəndaşlara, Azərbaycanda işləməyə icazə verilən xarici vətəndaşlara, Azərbaycanda təhsil alan şəxslərə, həmçinin Nazirlər Kabinetinin Qərargahından xüsusi icazəsi olan xarici vətəndaşlara icazə verilir.

Azərbaycana gələn sərnişinlər koronavirus infeksiyasının olmadığı barədə arayış təqdim edilməlidir. Testin nəticəsində həmçinin QR-kod göstərilməlidir. Testin nəticəsi reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olmalıdır.


OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov: "Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib"

Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib.   Sfera.az-ın məlumatına görə, bun...

Yaxınları Rusiyada öldürülən azərbaycanlı: "Orada başqaları da..."

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.   Sfera.a...

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...