"Yaxın vaxtlarda ölkəmizdə pandemiyanın bitməsini gözləyə bilərik" - TƏBİB rəsmisi

"Biz əvvəllər də demişdik, pandemiyanın bitməsi üçün əhalinin təqribən 2/3 hissəsinin immunitet qazanması lazımdır. Bu təqribən 70-75 faiz edir. Onda pandemiya təhlükəsi sovuşa bilər".

Sfera.az xəbər verir ki, bunu Real TV-yə açıqlamasında TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib. O bildirib ki, hazırda bütün vaksinasiya olunanların sayı 1,7 milyondan çoxdur:

"Bu, təqribən 20-25 faiz əhali deməkdir. Hesab etsək ki, bir o qədər insanlar da xəstəliyi keçirib sağalaraq immunitet qazanıb. Onda hesab etmək olar ki, əhalinin yarısı və ya yarısından çoxu bir hissəsi artıq immunitet qazanıb. Biz əgər rəsmi rəqəmlərə baxsaq, xəstəliyi keçirənlərin sayının bir qədər az olmasını görərik. Amma həm də onu da qəbul etmək lazımdır ki, xəstəliyi həqiqətən keçirib sağalanların sayı rəsmi statistikadan yüksəkdir.  Çünki rəsmi statistikaya düşməyən xəstələnib sağalanlar da var. Bu yəqin ki, böyük bir rəqəmdir. Yaxın müddətdə bizim əhali qrupumuzdan immunitet qazanmışların sayı biz dediyimiz rəqəm qədər olacaq və ona yaxınlaşacaq. Buna görə də yaxın vaxtlarda pandemiyanın bitməsini gözləyə bilərik".

Qeyd edək ki, hazırda ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 986 969, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 134 376 , ikinci mərhələ üzrə isə 852 593 nəfər təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...