COVID-19-la mübarizə aparan həkimin narazılığı: "Mən 430 manat maaş alıram"

COVID-19-la mübarizə aparan həkimin narazılığı:
Koronaviruslu xəstələrin müalicə olunduğu "Yeni Klinika”da çalışan anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Kəmalə Namazova aldığı maaşdan narazıdır.

Sfera.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə bildirib.

Namazova TƏBİB və Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edərək bunları yazıb:

"Mən işlədiyim klinikada hər gün saysız-hesabsız xəstələrlə işləyirik. Mən 430 manat maaş alıram (böyük elmi işçi+ tibb üzrə fəlsəfə doktoru+dosent). Bir övladım BDU-da oxuyur (pulluda), biri də instituta hazırlaşır.

Mənə maraqlıdır, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, siz də mən alan qədər maaş alırsız? Mən və mənim kimi həkimlər məcburiyyətdən iki və daha çox klinikada işləyir. Bəlkə də ayda 10 gecə öz evində yatır, ya yox.

Xahiş edirəm, bütün həkimlər, zatən iki cəbhədə canımızı qoysaq da, nə xalqın, nə də müvafiq qurumların məhəbbət və hörmətini görmədik.

Dövlət rəhbərliyinə müraciət edək. Bizə yaşayışımızı təmin etmək üçün normal maaş verilsin. Buradan Rəşad Mahmudova (Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat -red.) səslənirəm. Buradan ölkə rəhbəri, cənab Prezidentimiz İlham Əliyevdən xahiş edirəm. Bu bədbəxt həkimlərin ümidi sizədir”.

OXŞAR XƏBƏRLƏR

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...