Göygöldə kişi meyiti aşkarlandı

Kriminal
12:44 / 23.05.2021
3251
Göygöl rayonunda çaydan kişi meyiti tapılıb.
Meyit Gəncə çayının Göygöl rayonu ərazisindən keçən hissəsində tapılıb.
Cəsədin 1937-ci il təvəllüdlü S.Musayevə aid olduğu deyilir. İlkin baxış zamanı Meyitin üzərində hər hansı bir zorakılıq aşkar edilməyib. Müvafiq qaydada Tibbi-Ekspertiziya göndərilib.
Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır
///Oxu.Az