Ruhi xəstəliyi olanlar sürücülük vəsiqəsini necə əldə edib? - AÇIQLAMA - VİDEO

Ruhi xəstəliyi olanlar sürücülük vəsiqəsini necə əldə edib? - AÇIQLAMA - VİDEO
"Elə ruhi xəstələr var ki, sürücülük vəsiqəsi var və onlar avtomobil idarə edirlər".

Sfera.az xəbər verir ki, bu barədə məlumatı ''XəzərXəbər''ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova əlilliyin qiymətləndirilməsi zamanı əsas olaraq diqqət edilən məqamlara aydınlıq gətirərkən deyib.
Mətanət Məmmədova deyib ki, təmsil etdiyi qurum tərəfindən müxtəlif istiqamətdə yoxlamalar aparılarkən bu kimi faktlar aşkar edilib..

Bəzən əksinə də olur ki, sürücülük vəsiqəsi olan şəxslərin sonradan psixi xəstəliyi, ruhi xəstəliyi yaranır. Bu da təbi ki, yollarda real təhlükədən xəbər verir. Mətanət Məmmədova deyir ki, belə halların qarşısını almaq üçün qaydalara dəyişiklik edilməlidir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Priyev bildirdi ki, belə halların olması mümkündür. Çünki sürücülük vəsiqəsi almaq istəyən şəxsdən sağlamlıq haqqında arayış yalnız ilk dəfə sürücülük vəsiqəsi alınan zaman və etibarlılıq müddəti bitdiyi halda dəyişdirilərkən 60 yaşı tamam olmuş şəxslərdən tələb olunur. Lakin mövcud qanunvericiliyə görə 60 yaşı tamam olmayan şəxslərdən sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün sağlamlıq haqqında tibbi arayış tələb edilmir.

Yol polisində hesab edirlər ki, sürücülük vəsiqəsi on ildən bir dəyişdirilərkən sağlamlıq haqqında arayışın tələb olunması qaydası yenidən bərpa edilməlidir. Əks halda, bu cür halların yaranması qaçılmazdır.
 


OXŞAR XƏBƏRLƏR

Yaxınları Rusiyada öldürülən azərbaycanlı: "Orada başqaları da..."

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.   Sfera.a...

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...