Naxçıvan Qarnizonunda təlim davam edir - VİDEO

Naxçıvan Qarnizonunda təlim davam edir - VİDEO
Naxçıvan Qarnizonu Qoşunlarında mayın 17-də başlayan komanda-qərargah təlimi davam edir.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, təlimin növbəti mərhələsində qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərində işlənilib, qəbul edilmiş qərarlar rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə praktiki fəaliyyətlərə cəlb olunmuş bölmələrə çatdırılıb.

Qoşunların cəmləşmə rayonlarında, atəş və start mövqelərində yerləşməsi, eləcə də döyüş fəaliyyətlərinin gedişi zamanı artilleriya bölmələrinin ümumqoşun birləşmələri ilə qarşılıqlı fəaliyyəti praktiki olaraq məşq etdirilib.

Ordu aviasiyasının havadan himayəsilə taktiki desantın düzən əraziyə və çətin relyefə malik hakim yüksəkliyə çıxarılması həyata keçirilib. Kəşfiyyat və xüsusi təyinatlı bölmələr çətin dağ şəraitində diversiya-təxribat xarakterli fəaliyyətləri icra ediblər.

OXŞAR XƏBƏRLƏR

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...