\"Barselona\"nın Messiyə yeni müqavilə təklif edəcəyi vaxt dəqiqləşdi

\
İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messiyə yeni müqavilə təklif edəcəyi vaxt müəyyənləşib.

Sfera.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi audit yoxlaması başa çatdıqdan sonra 34 yaşlı hücumçu ilə danışıqlara start verəcək.
Ardınca klubun argentinalı oyunçuya nə qədər pul ayıra biləcəyi bəlli olacaq. "Barselona"da audit yoxlaması mayın sonunda yekunlaşacaq.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə sözləşməsi iyunda bitəcək. Onunla Fransanın PSJ və İngiltərənin "Mançester Siti" klubları maraqlanır. Forvard bu gün La Liqanın XXXVIII - sonuncu turunda "Eybar"la oyunda iştirak etməyəcək. Messi cari mövsüm bütün turnirlər daxil olmaqla 47 matçda iştirak edib və 38 qol vurub.

OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. ...

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...