Millimizin heyəti AÇIQLANDI

18:56 / 21.05.2021
2433
Futbol üzrə Azərbaycan milli komandasının qarşıdakı yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.
Sfera.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Canni De Byazi qarşıdakı oyunlara 29 futbolçu çağırıb. Onlardan 2-si - Rüstəm Əhmədzadə və Anatoli Nuriyev Ukrayna "Minay"ından dəvət edilib. Qalan oyunçuların hamısı Azərbaycan Premyer Liqasında çıxış edir.
Əhmədzadədən əlavə, Höccət Haqverdi və Murad Xaçayev (hər ikisi "Sumqayıt") yığmaya ilk dəfə çağırılıb. Onların hər üçü milliləşdirilib.
Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||