Azərbaycanda polisi güllələdilər

Kriminal
14:40 / 21.05.2021
2790
Qax rayonunun Çüdüllü kəndi ərazisində polis əməkdaşı ov tüfəngi ilə vurulub.
Sfera.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində polis əlindən yaralanıb.
Hazırda həmin ərazidə əməliyyat keçirilir.
Məlumata görə, hadisə polislə qarşı tərəf arasında şəxsi münasibətlər zəmnində baş verib.
Qeyd edək ki, xəsarət alan polis də Çüdüllü kənd sakinidir.