ABŞ Qrenlandiyanı satın almaq fikrindən daşındı

12:06 / 21.05.2021
1862
ABŞ dövlət katibi Entoni Blinken Amerikanın
artıq Qrenlandiyanı satın almaq istəmədiyini bildirib.
Blinken Arktika ilə həmsərhəd ölkələrin xarici
işlər nazirlərinin görüşünü əhatə edən
dörd günlük səfərinin sonunda Danimarka
muxtar bölgəsini ziyarət edib.
"Mən Qrenlandiyadayam, çünki Birləşmiş
Ştatlar tərəfdaşlığımızı yüksək qiymətləndirir
və onu daha da gücləndirmək istəyir",- deyə Entoni
Blinken Arktika turundakı son dayanacağı zamanı jurnalistlərə söyləyib.
O,
buraya ölkəni satın almaq niyyəti ilə gəlmədiyini vurğulayıb.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald
Tramp 2019-cu ilin avqustunda Birləşmiş Ştatlar ərazisinin dörddə birini təşkil
edən torpaq sahəsi satın almaq niyyətində olduğunu bəyan etmişdi.
Yeri gəlmişkən, bundan bir müddət sonra ABŞ-ın
45-ci prezidenti Qrelandiyanı Puerto-Riko ilə dəyişdirmək (barter etmək) istəmişdi.
Selcan
Sfera.az
Mənbə Pravda.ru