İtlər PCR testlərindən də dəqiq diaqnoz qoyur - Koronavirusla bağlı YENİLİK

17:38 / 20.05.2021
2290
COVİD-19-la bağlı daha bir maraqlı araşdırma edilib.
Sfera.az bildirir ki, fransızların araşdırmalarına görə, itlər insan tərini qoxlayaraq həmin şəxsin koronavirusa yoluxub yoluxmadığını müəyyən edə bilər. Hətta bu, PCR testlərindən belə daha dəqiq diaqnoz hesab edilib.
Belə ki, insan tərini qoxlayaraq diaqnoz qoyan itlərin dəqiqlik nisbətinin 97 faiz olduğu bildirilib. Bu isə, 15 dəqiqə ərzində nəticə verən və çox istifadə olunan PCR testlərindən daha yaxşıdır.
Virus aşkar edə bilən itlərin xüsusilə hava limanlarında, qatar stansiyalarında və digər insanların çox olduğu məkanlarda istifadə edilməsi gözlənilir.
Türkan
Sfera.az