Bill Qeytslə bağlı gizlinlər üzə çıxdı: işçilərlə eşq, çılpaq hovuz keyfi, striptiz klublar...

14:54 / 20.05.2021
2202
"Microsoft" şirkətinin sahibi Bill Qeyts haqqında yeni iddialar ortaya atılıb.
Sfera.az bildirir ki, məlumata görə, iş adamı evli olarkən işçilərindən biri ilə münasibətdə olub, hətta başqa çalışanları ilə mesajlaşıb. Bununla da Qeytsin "dünyanın ən mədəni milyarderi” nüfuzu kökündən sarsılıb.
Jurnalist Ceyms Vallasın sözlərinə görə, Bill Qeyts hələ 20 yaşlarında ikən qadınbaz olub.
"Məhz buna görə də Qeyts gənclərlə işləyir, onlara xüsusi məclislər təşkil edirdi. Həmin gənclər Billin evinə stripsiz klublarından tapdıqları rəqqasələr də gətirirdilər. Qeyts özü də dostları ilə birlikdə çılpaq hovuz keyfini sevirdi. Hətta Sietl şəhərindəki bir çox striptiz klubunun sahibi idi”, - deyə o bildirib.
Qeyd edilib ki, Bill Qeytsin həyat yoldaşı Melinda da onun qadınbaz xüsusiyyətindən narazı olub və bir il buna görə ayrı qalıblar. Yayılan məlumatlar cütlüyün boşanma səbəbi kimi də göstərilir.
Türkan
Sfera.az