ABŞ-la Çin arasında gərginlik - Hərbi gəmi Çin sularına daxil oldu

ABŞ-la Çin arasında gərginlik - Hərbi gəmi Çin sularına daxil oldu
Çin ABŞ-a məxsus hərbi gəminin qeyri-qanuni olaraq Cənubi Çin dənizinə daxil olduğunu açıqlayıb.
 
Sfera.az xəbər verir ki, bu haqda Çin ordusunun cənub cəbhəsi üzrə komandanlığı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, icazəsiz Parasel adaları yaxınlığındakı sulara daxil olan "USS Curtis Wilbur” adlı hərbi gəmi Çin gəmiləri və təyyarələri tərəfindən izlənilib.

Açıqlamada Çinin bu addıma qarşı olduğu, ABŞ-ın Çinin suverenliyini pozmağa cəhd etdiyi və regional sülh və sabitliyə zərər verdiyi bildirilib.
Qeyd edək ki, Cənubi Çin dənizi ABŞ və Çinin qarşı-qarşıya gəldiyi bir çox məsələlərdən biridir. Rəsmi Vaşinqton Pekinin təbii qaynaqlarla zəngin olan dəniz üzərində dominantlıq hüququnu tanımır və bunu beynəlxalq hüquqa zidd hesab edir.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR