“Eşitdim ki, bacımla öpüşüb, bıçaqladım” – VİDEO

“Eşitdim ki, bacımla öpüşüb, bıçaqladım” – VİDEO

 

Suraxanı rayonu Bülbülə qəsəbə sakini Emin Cəfərov onunla eyni məhəllədə yaşayan İsmət Qəmbərovu bıçaqlayıb.

Sfera.az Region TV-ə istinadən xəbər verir ki, polis əməkdaşları yaralının əməliyyat edildiyi xəstəxanaya gəldikdə Emin Cəfərovun da orada olduğunu görüblər.

Araşdırma zamanı məlum olub ki, sinə nahiyəsindən yaraladığı İsməti xəstəxanaya Emin özü çatdırıb. Polis bölməsinə gətirilən Emin Cəfərov İsməti qısqanclıq zəminində vurduğunu bildirib.

Onun sözlərinə görə altı aydır ki, məhəllələrində İsmətin onun bacısı ilə əl- ələ gəzməsi barədə söz-söhbət yayılıb. Buna son qoymaq istəyən Emin İsmətlə söhbət etmək qərarına gəlib. Elə hər şey bundan sonra baş verib.

"Məhəllədə söz-söhbət yayılmışdı, mənə də məlumat çatdı, eşitdim ki, guya mənim bacımla öpüşüb. Ona görə də bir neçə dəfə onunla söhbət etdim, dedi ki, belə bir şey olmayıb. 

Dedim ki, bu söhbətin axırına kimi gedəcəm, bu elə-belə söhbət deyil, qeyrət söhbətidir. Əlimlə çənəsindən itələdim, 3-4 təpik vurdum, 2-3 dənə də o yumruq vurdu. Burnum qanadı, hirsləndim, bıçaqla vurdum”, - deyə Emin Cəfərov bildirib.

İsməti bıçaqlayan Emin daha sonra ona kömək etmək qərarına gəlib və onu xəstəxanaya çatdırıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. ...

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...