Şəhid ailələrinə verilən mənzillərdəki problemə rəsmi münasibət bildirildi - VİDEO

Şəhid ailələrinə verilən mənzillərdəki problemə rəsmi münasibət bildirildi - VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi Ağdaş rayonunda şəhid atası Baxşəli Səfərova verilən  mənzilin təmirsiz olması ilə bağlı məsələyə münasibət bildirib.

Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, qurumun mətbuat katibi Murad Həşimov deyib ki, rayonda Qarabağ qazisi və şəhid ailələri üçün tikilən fərdi evlər sahiblərinə təqdim olunarkən yaşayış üçün hazır vəziyyətdə olub.

Onun sözlərinə görə, həmin şəxslərə evlər verilərkən sakinlər mənzillərdə yaradılmış şəraitdən razılıq ifadə ediblər.

Murad Həşimov bildirib ki, sözügedən fərdi evlərdə uzun müddət yaşayış olmayıb. Mətbuat katibi mənzillərdə bəzi problemlərin baxımsızlıq ucbatından yarandığını vurğulayıb.
Murad Həşimov qeyd edib ki, mənzillərdə yaranmış problemlər aradan qaldırılacaq. Bununla bağlı podratçı şirkətə tapşırıq verilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

OXŞAR XƏBƏRLƏR

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda bö...

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...