Şenol Güneş: \"Avropa çempionatında qrupda birinci olmaq istəyirik\"

13:39 / 14.05.2021
2775
"Milli komanda mənim üçün hər kəsdən və hər şeydən önəmlidir. Onu qorumaq əsl vəzifəmizdir".
Sfera.az-ın məlumatına görə, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avropa çempionatı üçün ilkin heyəti açıqlayan zaman mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis bildirib ki, qazanılacaq uğur əhval-ruhiyyəni yaxşılaşdıracaq və komandada inamı artıracaq.
Güneş A qrupundakı şansları barədə bunları söyləyib: "Kağız üzərində favorit İtaliya yığmasıdır, Türkiyə, Uels və İsveçrə ikincilik üçün yarışacaq. Amma biz də qrupda birinci olmaq istəyirik".