Kriştianu Ronaldu tarixi uğura imza atdı

Kriştianu Ronaldu tarixi uğura imza atdı
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İtaliyanın "Yuventus" klubunun tarixinə düşüb.

Sfera.az xəbər verir ki, 36 yaşlı hücumçu buna A Seriyasının XXXVI turunda "Sassuolo"nu 3:1 hesabı ilə məğlub etdikləri oyunda nail olub.

Matçda ikinci qola imza atan təcrübəli oyunçu Turin təmsilçisinin heyətində 100-cü dəfə fərqlənib. Ronaldu "Yuventus"da bu uğuru 3 mövsüm ərzində gerçəkləşdirə bilən yeganə futbolçudur.

"Qoca sinyora"nın oyunçuları əvvəllər 100-cü qola ən azı 4 mövsümdə çata bilib.

Forvard həmçinin 3 fərqli komandada 100 qol vuran ilk futbolçu kimi də tarixə düşüb. O, daha əvvəl İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Yunayted" klubunda eyni uğuru təkrarlayıb.

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsüm bütün turnirlərdə 35 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Forvard Turin klubuna 2018-ci ilin iyulunda "Real Madrid"dən 117 milyon avroya keçib.

OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. ...

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...