“Şaka” ləqəbli narkotacir saxlanıldı

“Şaka” ləqəbli narkotacir saxlanıldı
Xaçmaz sakininin evindən heroin aşkarlanıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən axşam saatlarında keçirilən əməliyyat tədbirləri ilə rayon sakini Şakir Balamətov yaşadığı evin yaxınlığında saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə keçirilən baxış zamanı oradan 685 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı Ş.Balamətov narkotik vasitənin ona məxsus olduğunu və rayon ərazisində satışını həyata keçirdiyini etiraf edib.

Qeyd edək ki, Ş.Balamətov"Şaka” ləqəbli narkobaron kimi tanınır.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Prezidenti Sudan səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb...

Ən çox sığorta haqqını hansı şirkətlər toplayır ? - Adlar

Bu ilin yanvar-may aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən çox yığım “Paşa Həyat Sığorta”da olub.   Sfera.az Teleqraf-a ist...

DİN və Dövlət Komitəsi vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib.   Sfera.az xəbər verir ki, məlumatda qeyd edilib ki, Az...

İlham Əliyev Polşa səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pavel Radoms...

Cavan dəriyə sahib olmağın SİRRİ

Yaşlandıqca dərimiz qalınlığı və elastikliyini itirir, xarici təsirlərdən daha az qorunur. Dərinin xarici təbəqəsi olan epidermis yaş artdıqca xüsusilə incələşi...

Taksilər bahalaşdı

Bölgələrdə taksi qiymətləri artıb.    Sfera.az xəbər verir ki, Tovuz sakinlərin sözlərinə görə, eyni yol üçün əvvəl 2 manat ödəyirdilərsə, indi ...