Rusiya rumın diplomatı “persona-non-qrata” elan etdi - 72 saat vaxt verildi

19:30 / 11.05.2021
2767
Rusiya Rumıniyanın Moskvadakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesinin köməkçisini "persona-non-qrata” elan edib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin saytında bildirilir.
Diplomata ölkəni 72 saat ərzində tərk etmək barədə göstəriş verilib.
"Bu addım Rumıniya tərəfinin aprelin 26-da Rusiyanın Buxarestdəki Səfirliyi yanında hərbi attaşesinin köməkçisinin əsaslandırılmamış şəkildə "persona-non-qrata” elan edilməsinə cavab olaraq atılıb", - deyə nazirliyin saytındakı xəbərdə bildirilir.