Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - FOTOLAR

Qanunsuz hərbi yük Yerevana Paşinyanın təyyarəsində daşınıb - FOTOLAR
Bir müddət əvvəl Gürcüstan gömrükçüləri Rusiyadan Ermənistana humanitar yardım adı altında göndərilən hərbi xarakterli yükü buraxmayıb. Söhbət 2 min ədəd gülləkeçirməyən gödəkçədən ("bronejilet”) gedir. Gürcü sərhədçilər "Yuxarı Lars” Nəzarət-Keçid Məntəqəsində həmin yükün olduğu 2 avtomobilin ölkə ərazisinə keçməsinə izn verməyib və erməni sürücülərin də, maşınların da sənədlərini alıblar. Avtomaşınlar bir aya yaxın müddətdə sərhəddə boş yerə gözlədikdən sonra ötən ayın sonlarında geriyə - Rusiyaya dönməli olub.

Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, gürcü tərəfi öz qərarını belə izah edib ki, adıçəkilən geyimlər humanitar yük sayıla bilməz. Lakin bəlli olub ki, ermənilər həmin yükü hər halda Ermənistana çatdırmağa müyəssər olublar. Özü də elə Gürcüstan vasitəsilə və qanunsuz yolla. Lakin istəklərini quru nəqliyyatı ilə yox, hava xətti - təyyarə ilə, "Bort N1” rəsmi reys vasitəsilə və beynəlxalq mülki aviasiya normalarını kobud şəkildə pozaraq reallaşdırıblar. 

Gülləkeçirməyən gödəkçələr məhz Ermənistan baş naziri əvəzi Nikol Paşinyanın olduğu təyyarədə Yerevana çatdırılıb.


Tarixçə isə belədir: aprelin 29-da Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi Hökumətlərarası Şurasının iclasında iştirak eləmək üçün "Airbus A319 132” dövlət təyyarəsi ilə (qeydiyyat nömrəsi 701) Kazana uçub. Xatırlayısınızsa, toplantı cəmi 2 gün çəkmişdi. Lakin erməni mənbələr həmin ərəfədə xəbər yaydı ki, hökumət təyyarəsində nasazlıq yaranıb və Nikol Paşinyan aprelin 30-da başqa bir təyyarə ilə Yerevana qayıtmalı olub. Hökumət uçağı isə guya təmirə saxlanılıb.

"Flightradar 24” servisinin məlumatına görə, "Bort N1” Kazandan yalnız mayın 5-də uçub, həmin gün saat 13:13-də Şimali Osetiyanın mərkəzi Vladiqafqaza qısamüddətli eniş edib və saat 16:46-da oradan havaya qalxaraq, yəni tranzitlə, Gürcüstan üzərindən Yerevana istiqamət götürüb. 18.06-da isə Yerevana enib. Təbii ki, Gürcüstanın buraxmadığı məlum yüklə.


Şəkillərdən göründüyü kimi, qanunsuz yükün hava nəqliyyatı yolu ilə daşınmasına dair erməni tərəfi beləcə növbəti dəfə və yenə hökumətin rəsmi hava bortundan istifadə eləməklə humanitar yük adı ilə öz ərazisinə Rusiyadan qanunsuz şəkildə hərbi xarakterli məhsul daşıyıb. Bununla da gürcü tərəfinin qadağasından yan keçərək və ona məhəl qoymayaraq, Beynəlxalq Mülki Aviasiya və Normaları haqda Çikaqo Konvensiyasını kobud şəkildə pozub.

Yada salaq ki, bu, rəsmi Yerevanın ilk pirat hərəkəti deyil. Hələ keçən ilin 44 günlük Qarabağ müharibəsi zamanı Moskva-Yerevan reysi ilə, Gürcüstan üzərindən hökumət aviareysləri vasitəsilə Ermənistana, oradan da müharibə gedən Azərbaycan ərazilərinə, Qarabağa hərbi sistemlər və silah-sursatlar daşınmışdı. Məsələn, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan məxsusən bu məqsədlə 2020-ci il oktyabrın 3-də hökumət təyyarəsi ilə Moskvaya uçmuşdu.

Əlavə edək ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ o vaxt müsahibələrində bir neçə dəfə bu məsələyə toxunmuş, Rusiyadan Ermənistana hansı reyslə, nələrin daşındığı haqda Azərbaycan tərəfdə müfəssəl bilgilərin olduğunu söyləmişdi...



OXŞAR XƏBƏRLƏR

Azərbaycan klubunun yeni baş məşqçisi AÇIQLANDI

Azərbaycan II Liqası təmsilçisi "Füzuli"nin yeni baş məşqçisi açıqlanıb.   Sfera.az klubun mətbuat xidmətinə isitnadən xəbər verir ki, türk...

Bu xəstəliyi olanlar hər gün 3-4 fındıq YESİN 

Sevilən çərəzlərdən olan fındıq maqnezium mənbəyidir. Həmçinin insan sağlamlığına bir çox faydaları var.   Sfera.az xarici mediaya istinadən fındığın...

Türkiyə səfiri: "Münasibətlərimizi sarsılmaz etmək, əbədi yaşatmaq birinci vəzifəmizdir"

Bu gün Türkiyə və Azərbaycan arasında ürəklərimizə hopmuş “Bir dövlət, iki millət” anlayışını müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsinin ...

Ermənistanda etirazçıların kütləvi həbsinə BAŞLANILDI

Səhər saatlarında Ermənistanın müxtəlif şəhərlərində kütləvi həbs dalğası başlayıb.   Sfera.az “Sputnik Armeniya”ya istinadən xəbər verir...

Xocalıda aşkarlanmış zenit-raket kompleksi Bakıda “Hərbi Qənimətlər Parkı”nda YERLƏŞDİRİLDİ

Xocalı rayonu ərazisində aşkar olunan "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1S32" raket tuşlama stansiyası, iki ədəd &q...

Azərbaycan neftinin qiyməti 84 dolları ÖTDÜ

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edib.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 b...