Tbilisidə atışma, 4 nəfər yaralandı

10:39 / 11.05.2021
2201
Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yerləşən Diğomi kəndində silahlı insident baş verib.
Sfera.az xəbər verir ki, atışma zamanı 4 nəfər yaralanıb.
Həmin şəxslər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunublar.
Qanlı qarşudurma keçmişdə baş vermiş mübahisə ilə əlaqələndirilir.
İnsidentlə bağlı istintaqa başlanılıb.