Qafqaz-İberoamerika Düşüncə Mərkəzi "EL- TV"də - VİDEO

Qafqaz-İberoamerika Düşüncə Mərkəzi
Qafqaz- İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov və mərkəzin İspaniyadan olan fəxri üzvü Albert Espinal Valverde Yevlaxın "EL-TV” regional televiziyasının "Səhər" programında iştirak ediblər.

Programda iştirak edən Mahir Qurbanov qeyd edib ki, mərkəzin əsas vəzifələrindən biri Qafqazda mövcud olan siyasi, iqtisadi və humanitar sahələrdə təhlillər aparmaq, habelə ispan dilli ölkələrin düşüncə mərkəzləri, mediası, vətəndaş cəmiyyəti təşkilatları və dövlət dairələrilə çoxşaxəli əməkdaşlıq yaratmaqdır.

"Mərkəzin İspaniya, Kuba, Meksika və s. ispandilli ölkələrdən həmsədrləri olacaq", - deyə Mahir Qurbanov vurğulayıb.

Barselona şəhərindən olan Albert Espinal Varverde isə səmimi görüşə görə minnətdarlığını qeyd edib və Azərbaycanda özünü çox xoşbəxt hiss etdiyini bildirib. O deyib ki, ölkəmizdə şahidi olduğu qonaqpərvərlik və xoş münasibət xalqlarımız arasında yaxınlığın və səmimi münasibətlərin göstəricisidir.
 


OXŞAR XƏBƏRLƏR