Azərbaycan və Türkiyə Qran-prilərinin vaxtı dəyişdirilə bilər

Azərbaycan və Türkiyə Qran-prilərinin vaxtı dəyişdirilə bilər
"Formula 1" üzrə Azərbaycan və Türkiyə Qran-prilərinin vaxtı dəyişdirilə bilər.

Sfera.az xəbər verir ki, bu barədə "auto-motor-und-sport.de" saytı məlumat yayıb.

İddiaya görə, Türkiyədə son vaxtlar yoluxma hallarının artması və İngiltərənin bu ölkəni "qırmızı siyahı"ya salması təşkilatçıları bu addımı atmağa məcbur edir.

Britaniya komandaları 11 - 13 iyunda İstanbulda nəzərdə tutulan yarışdan qayıtdıqdan sonra 10 gün karantində qalmalıdır. Belədə karantinin bitmə tarixi Fransa Qran-prisinin startı (25 - 27 iyun) ərəfəsinə düşür. Bu isə yarış iştirakçılarını qane etmir.

Təşkilatçılar hesab edirlər ki, Türkiyə və Azərbaycan Qran-prilərinin yerini dəyişdirməklə bu problemi aradan qaldırmaq mümkündür. Çünki Azərbaycandan qayıdan komandalar üçün heç bir məhdudiyyət tətbiq olunmayacaq.

Sayt yazır ki, mümkün yerdəyişmə üçün iki ölkə hökumətinin razılığı lazımdır. Dəyişiklik təsdiqlənsə, Bakı trası bir həftə gec söküləcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçirilməlidir.

OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. ...

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...