“Euro-2020 Volunteer Digital Kick-off” tədbiri təşkil olunub

“Euro-2020 Volunteer Digital Kick-off” tədbiri təşkil olunub
Avro-2020 könülləri üçün "Euro-2020 Volunteer Digital Kick-off” tədbiri təşkil olunub.
 
Tədbirdə iştirak edən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov könüllüləri salamlayıb, onlara Avro-2020 oyunlarında iştirakı ilə əlaqədar təbrik edib. Könüllülərin Avro-2020-dəki önəmi haqda geniş bəhs edən E.Məmmədov onlara uğurlar arzulayıb. Daha sonra tədbirin qonaqları Avro-2020-nin Bakı səfiri Vəli Qasımov və Avro-2020-nin Bakı Könüllülərinin səfiri Taleh Yüzbəyov çıxış ediblər. Tədbirdə könüllülər üçün əsas treyninq məlumatları paylanılıb və "Volunteer Application” təqdim olunub. Tədbir ərzində Ayaz Babayev və "Eurovision” təmsilçisi Səmra Rəhimli musiqi nömrələri ilə çıxış ediblər.
Tədbir müddətində "ZOOM” Platforası üzərində 1000 nəfər, "Teams” üzərindən 350 nəfər, "Facebook” qrup daxil olmaqla, 2000-dən artıq əsas könüllü və ehtiyat könüllü tədbiri canlı olaraq izləyib. Tədbir eyni zamanda ictimaiyyət üçün UEFA Volunteers Baku facebook səhifəsindən canlı olaraq  yayımlanıb.

OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. ...

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...