Dünya Kuboku: Azərbaycan gimnastları finala vəsiqə qazandı

Dünya Kuboku: Azərbaycan gimnastları finala vəsiqə qazandı
Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

Sfera.az-ın məlumatına görə, yarışın ilk günündə fərdi və qrup hərəkətləri proqramında təsnifat yarışları keçirilib.

Əvvəlcə fərdi proqramda halqa və topla hərəkətlərdə Zöhrə Ağamirova ilə Arzu Cəlilova qüvvəsini sınayıb. Halqa ilə hərəkətlərdə 22.400 xal toplayan Ağamirova 16-cı olub. Cəlilova isə 20.100 xalla 36-cı pillədə qərarlaşıb. Ağamirova topla hərəkətlərdə daha yaxşı çıxış edib. 24.250 xal yığan gimnast 12-ci sıranı tutub. Cəlilova isə 23.450 xalla 15-ci olub. İki hərəkətin cəmində Ağamirova (46.650 xal) 12-ci, Cəlilova (43.550) 24-cü pillədə yer alıb.

Fərdi proqramda sıralamaya 51.500 xalla Rusiya gimnastı Lala Kramarenko başçılıq edir. O, Azərbaycan millisinin və Rusiya MOİK-inin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızıdır.

Qrup hərəkətlərində isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorokina və Güllü Ağalarzadədən ibarət Azərbaycan komandası uğurlu çıxışı ilə diqqət çəkib. 43 xal toplayan kollektiv təsnifat mərhələsini 3-cü pillədə tamamlayaraq, finala vəsiqəni təmin edib.

Qeyd edək ki, Dünya Kubokunda təsnifat mərhələsi sabah da davam edəcək. Fərdi proqramda gürz və lentlə, qrup yarışlarında isə 3 halqa + 2 cüt gürzlə hərəkətlər yerinə yetiriləcək.

OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. ...

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...