Bu ölkə sərhədlərini 2022-ci ilə qədər turistlər üçün bağlı saxlayacaq

Dünya
16:56 / 07.05.2021
2310
Avstraliya sərhədləri 2022-ci ildə xarici vətəndaşlar üçün bağlı qala bilər.
Sfera.az xəbər verir ki, bu haqda Avstraliyanın Ticarət və Turizm Nazirliyi açıqlama verib.
Nazirlikdən bildirilib ki, ölkə əhalisinin böyük bir hissəsi COVID-19 əleyhinə peyvənd olunsa belə sərhədlərin 2022-ci ilin sonuna qədər əcnəbilər üçün bağlı saxlanılması planlaşdırılır.
Qərar dünyada artan yoluxma sayı, xüsusilə Hindistanda koronavirusun ortaya çıxan yeni növündən sonra qəbul olunub.
Avstraliya Ticarət və turizm naziri Dan Tehan açıqlamasında sərhədlərin nə zaman açılacağını təyin etməyin çox çətin olduğunu, ən yaxşı ehtimalda bunun gələn ilin ikinci yarısının ortalarında baş verə biləcəyini qeyd edib.
Xatırladaq ki, Avstraliya koronavirusun yayılmasının qarşısını almaq məqsədilə 2020-ci ilin martından bəri ölkə vətəndaşları, ölkədə məskunlaşmış əcnəbilər və onların ailələri, eyni zamanda xüsusi yaşama icazəsi olan şəxslər istisna olmaqla sərhədlərini əcnəbilərə bağlamışdı.
Əzizə Zeynal
Sfera.az